Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


21.08.2017  13:32 

Azərbaycanda broyler şirkəti satışa çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Abşeron, Qəbələ, Saatlı, Masallı, İmişli və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 2 min 100 kv.m arasında dəyişir.

Xəbər 2077 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +