Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.08.2017  09:35 

Azərbaycanda 25 hektar ərazidə ticarət mərkəzi tikilir





A+  A-

Gəncədə 25 hektar ərazini əhatə edən, ölkədə ən böyük ticarət mərkəzlərindən biri olan “Grand Qafqaz” Ticarət Kompleksinin tikintisi tamamlanmaq üzrədir.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, ticarət kompleksi 30 ikimərtəbəli, 58 birmərtəbəli binadan ibarət olacaq və burada 4 mindən çox mağaza fəaliyyət göstərəcək.

Bazarda 10 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də un məmulatları üçün ayrı-ayrı sektorlar olacaq. Burada balıqlar üçün böyük akvariumlar qurulacaq. Balıq məhsulları isə iri soyuducu anbarlarda saxlanılacaq.

Ticarət kompleksində həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Piştaxtalarda satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə müştərilərə təklif ediləcək. Burada, həmçinin insanların rahatlığı üçün hər cür şəraitə malik otel, restoran, kafe, əyləncə mərkəzi, kinoteatr, bank və sair fəaliyyət göstərəcək.

Hazırda tikintisi davam etdirilən bazarda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikintidə Gəncə üçün xarakterik olan bişmiş qırmızı kərpicdən istifadə edilir.

Xəbər 1836 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +