Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


03.04.2023  23:18 

İran bu rayonda hər gün təxribat törədir - VİDEO





A+  A-

“Yardımlı İranla sərhəddə yerləşir. Dünən insanlarla görüşəndə də dedim, bir az ehtiyatlı olmaq lazımdır. Demək olar ki, hər gün sərhəddən narkotik keçirənlər tutulur. İran ölkəmizə təxribat əli uzadır".

XəzərNews.az xəbər verir ki, bu fikirləri ötən gün Yardımlıda səfərdə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili İranın təxribatlarına rəğmən, Yardımlıda narkotiklə məşğul olanların sayının xeyli azaldığını vurğulayıb:

"Bu da rayonun polis işçilərinin səyi nəticəsindədir. Amma İran tərəfindən proses gedir”.
Millət vəkili Yardımlının mövcud problemlərindən də danışıb:

“Burada əhali çətin şəraitdə möhkəm evlər tikib. Amma hazırda həmin evlərin çoxu boşdur. Burada doğulan insanların bir hissəsi Rusiyada, Bakıda, Qaradağda daş atmaqla, Sumqayıtda köhnə kimya zavodlarında işləməklə məşğuldur. Bu rayonun vəziyyətini yaxşılaşdımaq üçün nə etmək olar? Qaz olmadığına görə meşələrin çox hissəsi qırılıb gedir. Oradan odun daşıyırlar. Külək əsən kimi işıqlar kəsilir”.

S.Rüstəmxanlı bildirib ki, rayonun bir neçə məktəbinə baş çəkərək onların vəziyyəti ilə maraqlanıb:

“Yardımlıda bir neçə məktəbə baş çəkdim. Düşündürən suallar var idi. Müəllimlərin, məktəbin vəziyyəti ilə maraqlandım. Məktəblər millətin inkişafı baxımından bizim ən ağrılı yerimizdir”.

Millət vəkili Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidləri olduğunu vurğulayıb. Eyni zamanda, Yardımlının onun həyatındakı əvəzolunmaz yerini bir daha diqqətə çatdırıb:
“Azərbaycan özünün ən yaxşı dövrünü yaşayır. Gələcəyə böyük ümidimiz var.
Müstəqillik əldə edilib, Qarabağ işğaldan azad olunub. İndi də Güney Azərbaycan məsələsi hər kəsin dilindədir. Vaxtilə burada yaşayanların çoxu bilmirdi ki, bu dağların o tayı da bizimdir. Bu yollar əslində ona görə gözəldir ki, dağların arasında dolanıb qalmır. Mən dünyanın bütün qitələrini gəzib bura qayıtdım, qayıdacam. Buradan güc alıb yenidən o yollara davam edəcəm.

Yardımlının ay dumanlı dağları,
Həm o yanlı, həm bu yanlı dağları,
O gədiyi bu gədiyə qatmağa
Çox ümidli, çox gümanlı dağları.
İlxı ötər, el yoluna toz elər,
Qəmli dursa, yadlar baxıb göz elər.
Gün gələr ki, əyri qəddi düzələr,
Biz qoymarıq ah-amanlı dağları.

Daha ətraflı Bakupost.az -ın "Sabir Rüstəmxanlı söhbətləri" layihəsində...



Xəbər 908 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +