Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..


10.06.2022  14:23 

“Oğlunuz sağdır” deyib şəhid anasından 4000 manat pul alıb





A+  A-

Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucovanın bir sıra dələduzluq əməlləri üzə çıxıb.

XəzərNews.az “Kriminalqafqaz”a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, o, həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vəd verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. O, vətəndaşlara qarşı ümumilikdə 20 min manat dələduzluq etməkdə təqsirli bilinir.

N.Orucovanın ən böyük dələduzluq əməllərindən biri isə şəhid anası Zabilə Musayevaya qarşı olub. O, Vətən Müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.



Qeyd edək ki, N.Orucova istintaq müddətində vətəndaşlara vurduğu ziyanın 12 min manatını ödəyib. Onunla bağlı başlanılan cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Xatırladaq ki, Əliheydər Hüseynli Vətən Müharibəsinin sonuncu günü Xocavənddə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər 1923 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +