Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


25.11.2023  09:43 

Deputat “Rusiya xalqı haqqında” Qanunun qəbulunu təklif edib





A+  A-

Dövlət Dumasının deputatı Sultan Həmzəyev “Rusiya xalqı haqqında” Federal Qanunun qəbul edilməsini təklif edib.

Xəzərnews.az xəbər verir ki, RİA Novosti ilə söhbətində o, izah edib ki, Rusiya Federasiyasında kifayət qədər çox millət var, lakin bir rus xalqı var və bu, milli qrupların hər birinə daxildir:

“Biz “Rusiya Federasiyasının çoxmillətli xalqı” ifadəsini işlədirik. Mən isə belə deyərdim: Rusiya Federasiyasının rus xalqı”.

Deputat həmçinin xatırladıb ki, SSRİ-də “sovet xalqı” ifadəsi işlədilirdi, indi isə “rus xalqı” ifadəsini qəbul etməyin vaxtı çatıb.

“Bu gün rus xalqı slavyanlardır, onlar Dağıstan, Tatarıstan, Çeçenistan, Başqırdıstan, Udmurtiya, Yakutiyanın çoxmillətli xalqıdır”, - deyən deputat qeyd edib ki, hətta hökumət rəsmiləri də bu anlayışları tez-tez qarışdırırlar.

Onun sözlərinə görə, yeni qanun milli dillərin əhəmiyyətini, onların yaşamasını azaltmayacaq, çünki hər bir milli dil “öz respublika konstitusiyalarında qeyd olunub.

O, eyni zamanda qeyd edib ki, Rusiya Federasiyasında yaşayan bütün xalqlar rus dünyasının insanlarıdır.

Xəbər 1382 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +