Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


30.07.2022  23:29 

Mixail Saakaşvili siyasətdən gedir





A+  A-

Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.

XəzərNews.az xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.

Bildirib ki, Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.

Onun sözlərinə görə, M. Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır.

"İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.

Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.

Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O bu xəstəxanaya mayın 12-də köçürülüb./Azərtac

Xəbər 1949 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +