Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


14.04.2025  11:12 

“Biz möhkəm dayanmasaq, Putin daha da irəli gedəcək“





A+  A-

Ukrayna müttəfiqlərinin dəstəyi ilə Rusiyanın gələcək hərbi irəliləyişinə qarşı qətiyyətli mövqe tutmasa, Rusiyanın Ukrayna ilə üç illik müharibəsi daha da genişlənə bilər.

XəzərNews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə aprelin 13-də CBS News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, müharibənin indiki məqamında bütün dünyanın təhlükəsizliyi təhdid altındadır.

Zelenski Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq deyib:

"Əgər biz möhkəm dayanmasaq, o, daha da irəli gedəcək".

O, qeyd edib ki, Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri qaytarmaqdır.

"Bütün bunları nəzərə alaraq, inanıram ki, bu, dünya müharibəsinə çevrilə bilər. Burada [heç kəs üçün] təhlükəsiz yer olmayacaq", - deyə prezident deyib.



Xəbər 2042 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +