Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


24.01.2021  19:17 

Şamaxıda püskürən vulkanla bağlı - Açıqlama





A+  A-

Ötən gün saat 19:20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçu kəndindən 500-600 metr məsafədə Quşçu palçıq vulkanı püskürüb.
XəzərNews.az-ın məlumatına görə, püskürmə uğultu ilə müşayiət olunub. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkanla bağlı müvafiq ölçmə işləri həyata keçirib.

Qoruğun direktoru Ceyhun Paşayev bildirib ki, ərazidə bir neçə gün əvvəl seysmik aktivlik artdığına görə vulkan püskürməsi baş verib: "Ərazidə baş verən bu dəfəki vulkan püskürməsi nadir hal hesab olunur. Sərt süxurlar olduğu üçün fərqli hündürlüklər qeydə alınıb. Vulkan 3 hektar ərazini əhatə edib. Həcmi isə 27 min kub metrdir".

Qoruğun direktorunun sözlərinə görə, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu, Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.

"Dünyanın 42 ölkəsində 2 500-dən artıq palçıq vulkanı var. Azərbaycan ərazisində isə 350-dən artıq palçıq vulkanı qeydə alınıb. Palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil. Palçıq vulkanları püskürən zaman təhlükəlidir. Bəzən onların hündürlüyü 500 metrdən yuxarı olur, yerin dərin qatından bərk süxurlar əraziyə atılır ki, bu zaman çoxsaylı çatlar əmələ gəlir", - deyə o əlavə edib.

Xəbər 2658 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +