Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.12.2022  23:33 

Masallıda “Sarəng” sənədli filminin nümayişi olub





A+  A-

Dekabrın 22-də Masallı Mədəniyyət Mərkəzində “Sarəng” sənədli filminin nümayişi olub.

XəzərNews.az xəbər verir ki, “Masal prodakşn”ın istehsalı olan ekran əsəri tanınmış bəstəkar, şair, həkim, alim, pedaqoq Mirkazım Aslanlı Sarəngin həyat və yaradıcılığına həsr olunub.

Filmin nümayişində rayon ictimaiyyəti, ziyalılar, təhsil, mədəniyyət və tibb işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Masal prodakşn”ın baş direktoru, sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov Mirazım Aslanlının 110 illik yubileyi ərəfəsində hazırlanan sənədli filmin ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlığını bildirib.

Sonra sənədli filmin nümayişi olub.

Nümayişdən sonra çıxış edən ziyalılar maraqlı ekran əsərinə görə yaradıcı heyətə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Sarəng” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, musiqi tərtibatçısı Ruslan Zahidov, mətn səsləndiricisi Gültəkin Cəfərova, məsləhətçisi Nurəddin Ədiloğludur.

Filmdə Mirkazım Aslanlı Sarəng rolunu Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev canlandırıb.

Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin və “Gözəl Yaşam Mərkəzi”nin dəstəyilə ərsəyə gəlib.

Akif AĞAYEV






Xəbər 1342 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +