Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.02.2024  21:53 

Sabah bu rayonların qaz təchizatında fasilə yaranacaq





A+  A-

Sabah Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, "Qaz İxrac" idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqəti qaz sayğacı ilə əvəzlənməsi məqsədilə martın 1-i 14:00-dan 16:00-dək “Şorsulu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə martın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Xəbər 887 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +