Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.04.2025  16:11 

Birləşmiş Krallıq Azərbaycana səyahət məsləhətlərini yeniləyib: “Zəruri hallarda səfər tövsiyə olunur“





A+  A-

FCDO Azərbaycanın cənub-qərbinə səfərlərlə bağlı tövsiyəsini dəyişərək, əvvəlki “Səfər etməməyin tövsiyə olunduğu” səviyyəsindən “Ancaq zəruri hallarda səfər tövsiyə olunur” səviyyəsinə endirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Eyni zamanda, Ermənistanla sərhəddən 5 km-lik məsafəyə qədər olan ərazilərə səfər etməməklə bağlı da tövsiyə dəyişməz olaraq qalır.

Bu, bölgəyə səfər etməli olan Britaniya vətəndaşlarına daha dəqiq və obyektiv məlumat təqdim edir.

Səfirlik əlavə olaraq bunu da qeyd edir:

“Birləşmiş Krallığın Coğrafi Adlar üzrə Daimi Komitəsinin (PCGN) tövsiyələrinə və Azərbaycan adlandırma qaydalarına əsasən bir sıra coğrafi adları yeniləmişik. Hər bir ölkə və ya ərazi üzrə Səyahət Məsləhətlərimizi mütəmadi olaraq nəzərdən keçiririk ki, orada Britaniya vətəndaşları üçün ən aktual məsələlərlə bağlı yenilənmiş məlumat və tövsiyələr yer alsın. Eyni PCGN tövsiyələrinə əsasən əvvəllər “Dağlıq Qarabağ” kimi tanınan əraziyə dair vizual təsvir Səyahət Məsləhətlərindən çıxarılıb. Lakin konteksti izah etmək məqsədilə bu termin mətndə hələ də istinad kimi istifadə olunur”.

Xəbər 2631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +