Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


25.04.2018  12:32 

ABŞ-dan Nikol Paşinyana ilk DƏSTƏK





A+  A-

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert Amerika hökuməti adından Ermənistanda bütün tərəfləri konstruktiv dialoqa çağırıb.
XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, önümüzdəki günlər Ermənistan xalqı və onların seçilmiş liderləri üçün tarixi andır.

Belə ki, onlar yeni hökumətin formalaşdırılması prosesinə başlayırlar:

“Biz bütün tərəfləri hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək üçün Ermənistan konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq”.

Nauret, həmçinin qeyd edib ki, ABŞ bütün sahələrdə yeni hökumətlə sıx əməkdaşlığın başlamasını səbirsizliklə gözləyir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu açıqlaması ilə Ermənistanda hələ qurulmayan yeni hökuməti və müxalif fraksiyasının lideri, etiraz aksiyalarının təşkilatıçısı Nikol Paşinyanı dəstəkləmiş olub.

Xatırladaq ki, Serj Sarkisyan baş nazir postundan istefa verdikdən sonra onun səlahiyyətlərini Karen Karapetyan icra edir. Paşinyan isə baş nazir postuna iddialı olduğunu etiraf edib.

Xəbər 1909 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +