Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.03.2017  19:42 

BMT-dən Suriya ordusuna qarşı ittiham





A+  A-

BMT-nin Suriyada insan haqqlarının pozulmasını araşdıran müstəqil komissiyası ölkənin hərbi-Hava Qüvvələrini 2016-cı il sentyabrın 19-da Hələb şəhərində humanitar karvana hücumda təqsirləndirib.
XəzərNews.az-ın “Reuters”ə istinadən xəbərinə görə, müstəntiqlər qeyd edir ki, suriyalı hərbçilər diqqətlə hazırladıqları plana əsasən, Hələbdən qərbdə yerləşən Urum Əl-Kubra rayonunda BMT-nin humanitar karvanına qarşı amansızlıqla hava hücumu həyata keçiriblər ki, nəticədə humanitar missiyanın 14 əməkdaşı ölüb.

Hücumdan sonra sağ qalanlar bildiriblər ki, əməliyyat 3 mərhələdə həyata keçirilib. Onların sözlərinə görə, təyyarələr öncə anbarlar və yaşayış binasının yaxınlığına bomba atıblar. Daha sonra təyyarələr yenə zərbə təşkil ediblər. Bundan sonra aviasiya yerdə olanları pulemyotla vurub.

BMT-nin komissiyasının sənədində bu hadisə hərbi cinayət kimi dəyərləndirilib.

Xəbər 3625 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +