Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


26.06.2024  14:51 

Avtobuslar nə vaxt yenilənəcək? -Qurumdan məsələ ilə bağlı açıqlama





A+  A-

Yay gəlib, hava dözülməz istidir. Belə vəziyyətdə bəzi avtobuslarda kondisionerlərin işləməməsi vəziyyəti bir az da gərginləşdirir. Bir tərəfdən avtobuslardakı sıxlıq, digər tərəfdən isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur.

Bəs, kondisionerlər niyə işləmir? Problem həllini nə vaxt tapacaq?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:

"Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək".

Qurumdan həmçinin bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir. SEO Xidməti

Daha ətraflı Baku TV-nin mətnində:



Xəbər 17103 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +