İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


20.10.2017  13:05 

Konstitusiyaya dəyişiklik - 30 yaş limiti ləğv edildi





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır.

Bunlar aşağıdakılardır:

- bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasımn Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasmm Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);

- deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda;

Konstitusiyanın 29-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər) maddəsinə edilən dəyişikliyə görə isə, sədr seçilmək üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir.

MR Konstitusiyasına edilən digər dəyişikliyə görə isə muxtar respublikanın baş naziri vəzifəsinə tələb olunan minimum 30 yaş məhdudiyyəti, muxtar respublikanın Nazirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti ləğv olunur. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi təsbit edilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər 2677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +