Ramazan ayının başlanması ilə bağlı fətva verilib
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək
Azərbaycanlı hotel otağında ölü tapıldı
Hüseyn Abdullayevə hökm oxundu
İnsanlar narkozdan niyə ölür?
Rayon yollarında vəziyyət necədir?
Keçmiş rəis müavini vəfat ETDİ
Valideynlə mübahisə ölümlə nəticələnib?
Alver yox, hamı dükanları bağlayır...
Bakıda bu küçə və prospektlərdə sıxlıq var


26.02.2025  13:04 

Putin “müəyyən güzəştlərə” getməyə məcbur olacaq?





A+  A-

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasında “əhəmiyyətli irəliləyiş əldə edib” və Rusiya prezidenti Vladimir Putin sülh sazişinin bağlanmasında “müəyyən güzəştlərə” getməyə məcbur olacaq.

XəzərNews.az xəbər verir ki, bunu fevralın 25-də Ağ Evin YouTube kanalında yayımlanan brifinqdə ABŞ prezident administrasiyasının sözçüsü Karolin Levitt deyib.

"Reallıqda Putin bu razılaşmaya nail olmaq üçün müəyyən güzəştlərə getməli olacaq. Razılığa gəlmək üçün isə hər iki tərəfi masaya dəvət etməlisən. Və adətən yaxşı razılığa gələndə hər iki tərəf masadan bir qədər narazı şəkildə ayrılır. Mən prezidentin və komandasının müzakirə etdiyi güzəştləri sadalamayacağam", - deyə mətbuat katibi bildirib.

Levitt qeyd edib ki, “danışıqlar davam edir”“Tramp həqiqətən sülh sazişinin əldə edilməsinə sadiqdir”.

Xəbər 200 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.02.2025  11:14 

Hüseyn Abdullayevə hökm oxundu

27.02.2025  10:36 

İnsanlar narkozdan niyə ölür?

27.02.2025  09:58 

Azərbaycanda zəlzələ oldu

27.02.2025  08:41 

Qar nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +