Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir


10.02.2024  15:42 

Daşkəsən rayon İcra Hakimiyyətində qalmaqal





A+  A-

Daşkəsən Rayon İcra Hakimiyyətində qalmaqal yaranıb.

Xəzərnews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb.

Rəhbərliyin bu qərarına etiraz edən Ramida Süleymanova məhkəməyə müraciət edib. O, Gəncə İnzibati Məhkəməsində Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı iddia qaldırıb.

Ramida Süleymanovanın iddiasına hakim Fikrət Hüseynovun sədrliyi ilə baxılacaq. Mayın 14-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.

Məlumata görə, Ramida Süleymanovanın tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Ramida Süleymanova Yeni Azərbaycan Partiyasnın (YAP) üzvüdür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hazırda boşdur. Ötən ilin iyulunda icra başçısı Əhəd Abıyev vəzifəsindən azad edilib. Həmin vaxtdan rayona icra başçısı təyin edilməyib.


Xəbər 4578 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +