Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü


16.04.2021  12:43 

“ABŞ haqsız rəqabət aparır” - Narışkin





A+  A-

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin rəhbərlik etdiyi departamentə ABŞ tərəfindən irəli sürülən ittihamları ABŞ xüsusi xidmət orqanlarının haqsız rəqabətinin təzahürü olaraq dəyərləndirib.
XəzərNews.az xəbər verir ki, Narışkin bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Xarici Kəşfiyyat Xidmətinə edilən hücumlara gəlincə, əlbəttə ki, dünyanın aparıcı kəşfiyyat xidmətləri arasındakı rəqabət xüsusi formatlarda, formalarda baş verir və özünəməxsus xüsusiyyətlərə malikdir. Ancaq bununla belə, mənim fikrimcə bu rəqabət ədalətli olmalıdır. Və ABŞ-ın bu sanksiya paketi haqsız rəqabətə işarədir”,- deyə o qeyd edib.

O, Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları beynəlxalq sabitliyin pozulmasına aparan “düşünülməmiş addım” adlandırıb.

“Bu, əlbəttə ki, dostyana olmayan və zənnimcə, düşünülməmiş bir addımdır. Hamımız başa düşürük ki, iki böyük güc - Rusiya və ABŞ arasındakı münasibətlər böyük dərəcədə beynəlxalq sabitlik və təhlükəsizlik səviyyəsini müəyyənləşdirir. Bu addım beynəlxalq sabitliyin məhvinə bir töhfədir, bu, göz qabağındadır”,- deyə Narışkin əlavə edib.

Xəbər 1635 dəfə oxunub.



08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +