Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü


07.07.2020  13:54 

Yol polisi Bakıda mobil postlar yaratdı





A+  A-

Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarında xüsusi mobil postlar fəaliyyətə başlayıb.
XəzərNews.az-ın məlumatına görə, bunu “20 Yanvar” ərazisində qurulan postla bağlı Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, karantin dövrü davam etdiyindən, yoluxanların sayı çox olduğundan, müvafiq olaraq, polis tərəfindən inzibati tənbeh tədbirləri də davam etdirilir:

“Sadəcə stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib. Ona görə də yeni tətbiq edilən texnologiyalar vasitəsilə mobil postlar qurulub. Hazırda qaydalara nəzarət aşağıdakı şəkildə həyata keçirilir:

Mobil postlar vasitəsilə, reydlər təşkil etməklə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşının hərəkətdə olan sürücünü saxlaması ilə, həmçinin kamera vasitəsilə. Yəni stasionar postlarda olan xidmətləri biz yeni üsullarla həyata keçiririk”.

Şöbə rəisi bir daha vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edib:

“Bir daha vətəndaşları diqqətli olmağa, yoluxma faktlarının qarşısının alınması, öz sağlamlıqları üçün maska taxmağa, sosial məsafə saxlamağa, gigiyenik qaydalara əməl etməyə çağırırıq. Ən azından vətəndaş-polis həmrəyliyinin yüksək səviyyədə təşkil edilməsində iştiraka dəvət edirik. Bu gün də hərəkətlə bağlı icazə yalnız tələb edilənlər kimidir. Ona görə də vətəndaşlar lüzumsuz olaraq, hərəkət etməsinlər. Düşünməsinlər ki, “postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar””.

Xəbər 1829 dəfə oxunub.




08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +