Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


15.12.2023  09:23 

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir





A+  A-

“Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir.

Xəzərnews.az xəbər verir ki, bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir.

Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa edərək istismara verib. Bununla da, Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam abunəçiləri üçün etibarlı şəbəkə əhatəsindən faydalanmanı təmin edib. Həmçinin, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub.

Geniş şəbəkə infrastrukturunun inkişafı çərçivəsində “Nar” 2023-cü ildə önəmli nailiyyətlər əldə edib. Mobil operator hazırda ölkə üzrə 98,5% ərazi, 99,71% əhali əhatəsi ilə artan abunəçi bazasına sərfəli və yüksək keyfiyyətli mobil xidmətlər təqdim etməyə davam edir.

2024-cü ildə “Nar” öz şəbəkə infrastrukturunu daha da gücləndirmək planı çərçivəsində Qarabağ iqtisadi zonasının müxtəlif qəsəbə və kəndləri də daxil olmaqla, bütün ölkə ərazisində baza stansiyası inşasını davam etdirməyi və abunəçiləri üçün daha əhatəli və etibarlı mobil təcrübə təmin etməyi planlaşdırır.

Xəbər 1122 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +