Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.02.2020  15:21 

Təhsil Nazirliyinə daxil olan bəzi şikayətlər təsdiqini tapdı





A+  A-

2020-ci ilin yanvar ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, Bakı, Sumqayıt, Şəki şəhərləri, Ağdam, İmişli və Lənkəran rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhərindəki 167, 56 və 192 nömrəli, Ağdam rayonu S.Həsənov adına Əfətli kənd, İmişli rayonu F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta məktəblərdə təsdiqini tapmış hallar həmin ümumi təhsil müəssisələrinin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 5 məsul şəxsə töhmət verilib.

Xəbər 1672 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +