Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.01.2020  13:57 

Paytaxtda daha bir marşrut kart sisteminə keçir





A+  A-

Müntəzəm marşrut xətləri üzrə avtobusların BakıKart sisteminə inteqrasiyası davam edir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərNews.az-a verilən məlumata görə, 12 yanvardan etibarən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı BakıKart vasitəsilə ödəniləcək:

“Əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”.

Eyni zamanda qeyd edilib ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür:

“Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir”.

Xəbər 1577 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +