Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.02.2025  12:45 

Azərbaycanda bu peyvənd pulsuz olacaq





A+  A-

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacaq.

XəzərNews.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı deyib.

“Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq. Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur”, - o bildirib.

Hande Harmancı qeyd edib ki, Səhiyyə Nazirliyi və ÜST bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır.

Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.

Xəbər 2485 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +