Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


28.04.2025  10:52 

Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı





A+  A-

Qubanın sabiq icra başçısı Ziyəddin Əliyev Avstriyanın paytaxtında "Belezza" mebel mağazası açıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

"BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.

Qeyd edək ki, Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti - "S.M.A.N" Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti - "AZ SERVIS - NR s.r.o" üzərindən təsis edib.

Ziyaddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən "ALOV TOV" (MMC) üçün material alışını həyata keçirib. "ALOV" LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı export kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2 -si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib", -deyə C.Həsənli bildirib.



Xəbər 1470 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +