Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.07.2022  12:37 

Azərbaycan səhiyyəsində bir ilkə imza atılıb





A+  A-

Kliniki Tibbi Mərkəzdə (KTM) tibb sahəsində ən müasir texnologiya hesab olunan TİVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.

XəzərNews.az xəbər verir ki, Almaniyanın ZEİSS şirkətinin istehsalı olan bu mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib. Artıq bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz bu Mərkəzdə icra ediləcək.

Əməliyyatlar zamanı yüksək keyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı, əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir.

Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzdə TİVATO 700 mikroskopu vasitəsi ilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb.

Mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir.

Xəbər 1459 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +