Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


13.07.2022  12:04 

AzTV Azay Quliyevi niyə “vurdu“?





A+  A-

Millət vəkili, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin əvvəlki fəaliyyəti AzTV-nin efirində tənqid olunub.

AzTV-nin sədri Rövşən Məmmədov özünün “Həftə” analitik proqramında QHT sektorunda baş verən yeniliklərdən, bu sahədə olan canlanmadan danışarkən əvvəllər qrant müsabiqələrinin verilməsində qeyri-şəffaflığın olduğunu bildirib:

“Artıq QHT-lərin maliyyələşməsində tanışlıq, “atkat” kimi məsələlər yoxdur. Yalnız müəyyən olunmuş qaydalar və meyarlar əsas götürülür”.

Qeyd edək ki, QHT-lərin maliyyələşməsi, onlara qrant ayrılması məsələsinə uzun illər Azay Quliyev nəzarət edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezidentin 2007-ci il 13 dekabr tarixli fərmanını ilə yaranıb. Şuraya 2008-ci ildən Azay Quliyev rəhbərlik edib.

2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilərək, onun əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azay Quliyev qurumun Müşahidə Şurasının sədri seçilsə də, bu sahəyə nəzarəti faktiki olaraq itirib.
Demək olar ki, bütün səlahiyyətlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva verilib./Bakupost.az

Xəbər 1304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +