Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.07.2021  17:19 

Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.
XəzərNews.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.

Qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.

Xəbər 2824 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +