Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


03.09.2019  10:32 

BNA-nın müfəttişlərinin sayını artırıldı





A+  A-

“20 yanvar dairəsi, metrostansiyaların çıxışı və hərəkətin xaotik olduğu ərazilərdə qanunsuz parklanmaya nəzarət edən müfəttişlərin sayı artırılıb”.
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, artıq həyata keçirilən nəzarət tədbirləri sayəsində narahatlıq doğuran ünvanlarda nisbətən stabilləşmə müşahidə edilir:

“Düzdür, hələ də mövcud durum bizi qanə etmir. Amma önəmli olan budur ki, illərlə hamının mümkünsüz hesab etdiyi 20 yanvar dairəsi ətrafında ilk dəfə avtobus dayanacaqları taksilərdən təmizləndi”.

Qurum rəsmisinin sözlərinə görə, BNA müfəttişləri ərazini tərk edən kimi yenə də narahatlıq doğuran məqamlar yaşanır:

“Bu, təəssüf doğurur. Amma düşünürəm ki, bu istiqamətdə işlər dayanmamalıdır. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işləri də görülməlidir ki, sürücülərimiz qaydalara əməl etsinlər”.

Xəbər 1459 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +