Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


25.04.2018  09:38 

Səhiyyə Nazirliyindən VACİB AÇIQLAMA





A+  A-

Hazırda Azərbaycanda uşaqlar arsında suçiçəyi xəstəliyinə yoluxmada artım müşahidə edilmir.
XəzərNews.az bildirir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxma tək-tək hallarda qeydə alınır:

"Bizə daxil olan məlumatlar da onu göstərir ki, hazırda ölkədə suçiçəyinın yayılması problemi yoxdur. Bununla bağlı vəziyyət tam sabitdir. Xəstəlik adi, mövsümü qaydada qeydə alınır və artım müşahidə edilmir".

A.Əliyeva qeyd edib ki, ölkədə qızılca xəstəliyinə yoluxma isə ümumiyyətlə, qeydə alınmır:

"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılcaya yoluxan şübhəli bir xəstə qeydə alınmayıb. Azərbaycanda qızılca, məxmərək tam eliminasiya (ləğv edilmə) olunub. Azərbaycanda yerli yoluxma hadisələri qeydə alınmır. Eyni zamanda, gətirilmə hal da yoxdur. Hazırda vəziyyət tam sabitdir, bir hadisə belə yoxdur".

Xəbər 1588 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +