Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


30.03.2018  17:05 

Dənizdəki vəziyyətlə bağlı SOCAR-dan açıqlama





A+  A-

Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılıb.
SOCAR-dan XəzərNews.az-a daxil olan xəbərə görə, şirkətin idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb və yerinə yetirilib. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılıb.

Bununla yanaşı rəhbərlik tərəfindən bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya dəniz özüllərinin istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyətin qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Xəbər 1497 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +