Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


22.07.2024  14:14 

Sabah hava necə olacaq ? -Proqnoz





A+  A-

İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xəzərnews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Xəbər 4159 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +