İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


24.09.2021  12:39 

”Bu torpaq sahəsini İcra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul ödəyərək alıb”





A+  A-

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadə uzun müddət bizim ailənin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini 5 000 manat rüşvət alaraq, Göyçay rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satıb”.
XəzərNews xəbər verir ki, bu sözləri Bizimyol.info-ya Göyçayın Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızı bildirib. Onun sözlərinə görə, Rəvan İsmayılov özü etiraf edib ki, bu torpaq sahəsi artıq ona məxsusdur və icra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul ödəyərək alıb.

“Bu cinayət əməlidir, çünki bələdiyyəyə məxsus torpaq sahəsini icra başçısının kiməsə satması qanunsuzluqdur. Qeyd edim ki, Mehdi Səlimzadə Göyçayı feodal qanunları ilə idarə edib, harada, kimə gəldi torpağı sənədləşmə aparılmadan qanunsuz satır. Buna görə təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilmiş obyektlər var”,-deyə şikayətçi bildirir.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, bələdiyyələr yalnız bələdiyyəyə məxsus olan torpaq sahələrinin digər şəxslərin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi barədə qərarlar qəbul edə bilərlər: “Potu bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasından imtina edilməsini əsassız hesab etdiyi halda, həmçinin bələdiyyənin qanunsuz hərəkətləri barədə Göyçay Regional Ədliyyə İdarəsinə müraciət etməyi tövsiyə olunur. Pay torpaq sahəsinin Rəvan İsmayılova müəyyən məbləğ qarşılığında satılması faktı əsassızdır”.

Xəbər 2389 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +