“Rusiya İranı məhvə aparır”
Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib


12.09.2024  17:02 

“Müğənnilərin çoxu ailə tərbiyəsi görməyib, alt paltarında...” - Ağır sözlər





A+  A-

Şou biznes əhlinin adı ətrafında qalamallar səngimək bilmir. Onların demək olar ki, hər addımı, hər qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.

Sənət adamlarının tətil gündəmi bu müzakirələri yenidən qızışdırıb. İlboyu pulsuzluqdan gileylənən məşhurların yayda dünyanın ən bahalı ölkələrinə tətilə getməsi onları yenidən hədəfə gətirib.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, məşhurların bir çoxu efirlərdə yalandan maddi imkanlarının zəif olduğunu deyirlər:

“Xalq nə düşünürsə, sosial şəbəkələrdə nə yazırsa, əvvəl-axır bu, düz çıxır. Çünki camaat elə-belə söz danışmır. Bəzi müğənnilər yalandan efirdə ağlaşma qururlar, pulsuzluqdan şikayətlənirlər, amma əslində bu doğru deyil. Onların iç üzü bircə pandemiya dövründə göründü, onda 2 il idi ki, toysuz, pulsuz qalmışdılar, gileylənməkdən taqətdən düşmüşdülər. Çünki ömür boyu onların əlləri pulla oynayıb. Məşhurlar həqiqətən yüksək səviyyədə yaşayırlar, külli miqdarda pulları var.

Onların Avropa ölkələrinə gedib gəzməyi də digər həmkarlarının acığınadır. Məşhurlar bir-birləri ilə daim bəhsə girirlər. Biri bahalı ölkəyə gedirsə, digəri çalışır ki, ondan da bahalı yerə getsin. Bədbəxtçilikləri də elə budur, onların bir-birini görməyə gözü yoxdur, yalandan həmkarlarının üzlərinə gülməyinə baxmayın.

Bir məclisdə rastlaşırlarlar, şappa-şup öpüşüb görüşürlər, digəri uzaqlaşan kimi həmkarı deyir ki, əşşi, bu da axmağın biridir. Şou-biznes nümayəndələri dəhşətdir, sanki onların xəmiri başqa yerdən yoğrulub”.

Şou əhlini topa tutan ekspert onların böyük əksəriyyətini görməmiş adlandırıb:

“Yay boyu müxtəlif ölkələrdən tətil görüntülərini dayanmadan sosial şəbəkələrdə paylaşdılar. Bunun bir səbəbi var: onlar görməmişdirlər! Əksəriyyətində ailə tərbiyəsi yoxdur. Onlar öz mədəniyyətsizliklərini demək olar ki, bütün məclislərdə göstərirlər, böyük-kiçik yeri bilmirlər. İştirak etdikləri məclisə pullu, vəzifəli adam girən kimi qarşısında dimdik dayanırlar, onu ayaq üstə qarşılayırlar, amma ağsaqqal kişi gələndə özlərinə əziyyət verib ayağa belə qalxmırlar.

Söhbət təkcə uzun illər tanıdığım müğənnilərdən getmir, yeni nəsil ifaçılar da məhz bu cürdür. Gənc ifaçı görür ki, filankəs soyundu, alt paltarında konsert verdi, hamı ona bəh-bəh dedi, dərhal o da eyni yolu gedir. Çünki gələn gənc də digərlərinin tayı, tərbiyəsizin yekəsidir.

Hər məşhura ziyalı demək olmaz! Bu gün şou-biznesdə şıdırğı alver gedir, biri deyir mən yarım saatı 3 min manata oxuyuram, o biri deyir 5 minə oxuyuram. Bu müğənniləri başımıza çıxaran məhz elə cəmiyyətdir, onlara bir ətək pul verib məclislərinə çağırırlar, halbuki 8 min manata toya gedən ifaçıların bir çoxunun 8 qəpiklik adı yoxdur”.

Xəbər 3494 dəfə oxunub.




14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +