Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


31.03.2018  11:43 

Trampdan PKK-ya ZƏRBƏ





A+  A-

ABŞ prezidenti Donald Tramp Suriya üçün ayrılan maliyyə yardımını donduracaq.
XəzərNews.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb. Belə ki, qəzetə açıqlama verən amerikalı səlahiyyətlilər bildirib ki, Tramp ABŞ dövlət katibliyinə Suriyada terror təşkilatı YPG / PKK-nın nəzarətində olan sahələrin yenidən inşası üçün ayrılan 200 milyon dollarlıq yardımındayandırılması təlimatını verib. Dövlət başçısının ABŞ-ın yaxın vaxtlarda Suriyadan çəkiləcəyi çıxışı ilə paralel bu qərarı verdiyi bildirilir.

Məlumatda həmçinin qeyd edilib ki, təlimatı Ağ Evin aparat rəhbəri Con Kelli, ABŞ dövlət katibinin müavini Con Sullivana çatdırıb.

Xatırladaq ki, Ağ Evin başçısı ötən gün “Biz Suriyadan çox tezliklə getməyə, aid olduğumuz və olmaq istədiyimiz ölkəmizə qayıtmağa hazırlaşırıq”, - deyə, Ohayo ştatındakı çıxışında demişdi.

Qeyd edək ki, Suriyaya 200 milyon dollarlıq humanitar yardım ayrılacağı barədə məlumatı ilk dəfə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson səsləndirmişdi.

Xəbər 1527 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +