Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?





A+  A-

İctimai-siyasi həyatımızda ən çox işlənən anlayışlardan biri "ədalət"dir. Çünki "ədalət" daha çox "zülm"ün əksi olaraq qəbul edildiyindən, həmişə ictimai nizamın əsas və qalıcı meyarı sayılıb.

İstər Qərb, istərsə də Şərq filosofları bu anlayışın izahına və onun idarəetmədə, insan münasibətlərində roluna dair indiyədək xeyli kitablar, əsərlər yazıblar.

Hətta bəşəriyyətin yolgöstəricisi olan "Qurani-Kərim"də belə, peyğəmbərlərin yer üzünə göndərilməsi məhz insanların bir-biriylə ədalətlə rəftar etməsinə nail olmaq məqsədiylə izah edilir: "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar (möcüzələrlə) dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biriylə) ədalətlə rəftar etsinlər..." ("Hədid", 25)

Bəs, "ədalət" nədir?

Müəllimi azərbaycanlı alim Məmmədhüseyn Təbatəbai olan, düşüncələri və təsirli çıxışlarıyla 1979-cu ildəki İran inqilabına böyük töhfələr vermiş, Şahın devrilməsi prosesinin əsas ideoloji yükünü öz çiyinləri üzərinə götürmüş və inqilabdan az sonra qətlə yetirilmiş məşhur İslam filosofu, vəhdətçi alim Mürtəza Mütəhhərinin "İlahi ədalət" kitabı, fikrimcə, bu suala cavab axtaranlar üçün qiymətli bir tapıntı, xəzinədir.

Kitabı oxuduqdan sonra gəldiyim nəticə budur: "Ədalət" hər kəsə bərabər münasibət deyil, hər kəsi və hər şeyi öz yerinə qoymaqdır!

Kitabda Mövlanənin "Məsnəvi"sindən gətirilən bu sitat isə nizam-tərəzisi itmiş cəmiyyətlərin halına işıq tutan ən yaxşı kəlamlardandır:

"...Şahmatda Şahı Topun yerinə qoysan, hər şeyi viran edərsən. Şahın yerinə Fili qoymaq da nadanlıqdır".

Gerçəkdən də, o cəmiyyətlər və dövlətlər xoşbəxt yaşayar ki, orada hər kəs və hər şey öz yerində olsun!

Deməli, hər şey, ilk növbədə, ÖZ YERİNİ BİLƏN insanın mövcudluğundan başlayır! Yerinibilməz insan evinə də fəlakət gətirər, ətrafına, ölkəsinə, xalqına da...

Bu, həm də ləyaqət məsələsidir! Ləyaqətli adam özünütanıyan və yerinibiləndir, haqqı çatmayanı istəməz, ondan imtina etməyi bacarar! Ləyaqətsiz isə nə özünü bilər, nə yerini!

Ədalətli dövlət də o dövlət sayılar ki, onun gücü hər kəsi və hər şeyi öz yerinə qoymağa sərf olunsun, ləyaqətsizlərin, özünütanımazların ləyaqətlilər, mənəviyyatlılar üzərində hökmranlığına imkan verməsin; pislikdən çəkindirsin, yalnız yaxşılığı təşviq və əmr etsin!

Mütənasiblik, nizam, sabitlik və inkişaf yalnız ədalətdədir!

İnananlar, mənəvi azad insanlar üçünsə bu, eyni zamanda Allahın qəti hökmüdür: "De: "Allah ədaləti (insafı) əmr etdi..." ("Əraf", 29)

Elxan Şükürlü

Xəbər 384 dəfə oxunub.



14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +