Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.12.2017  13:21 

Millimizin baş məşqçisi 3 oyunçudan imtina etdi





A+  A-

Futzal üzrə Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.
XəzərNews.az xəbər verir ki, braziliyalı baş məşqçi Joze Alesio da Silva İranda keçiriləcək “4 Top Nations” turnirində güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

Təlim-məşq toplanışına 17 futzalçı çağıran mütəxəssis bu oyunçuların 3-dən imtina edib. Belə ki, dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində keçiriləcək yarışa Anar Məmmədov, Xətai Bağırov və Nihat İsmayılov aparılmayacaqlar.

Alesionun şans verəcəyi heyət isə belədi: Samir Həmzəyev, Emin Kürdov (hər ikisi EKOL), Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardosa, Karvalho Vilela Dos Santos, Thiaqo Teles Martins, Qabriel Bastos, İsa Atayev, Ramiz Çovdarov (hamısı “Araz”), Vassoura ("Al Dhafra”, BƏƏ), Renat Sultanov və Seymur Məmmədov (hər ikisi “Marafon Futsal”).

3 dekabr
İran – Azərbaycan

4 dekabr
Azərbaycan – Rusiya

6 dekabr
Azərbaycan - Qazaxıstan

Xəbər 1762 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +