Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.12.2017  12:45 

Mahir Mədətovla müqavilə imzalanacaq





A+  A-

Son vaxtların ən çox gündəmdə olan futbolçusu şübhəsiz ki, Azərbaycan milli komandasının və “Qarabağ”ın üzvü Mahir Mədətovdur.
XəzərNews.az Futbol11-ə istinadən xəbər verir ki, Mədətov həm sərgilədiyi oyunla, həm də haqqında gəzən transfer söz-söhbətləri ilə gündəmdən düşmür.

Bir neçə gün öncə atası verdiyi açıqlamada oğlunun bir neçə xarici klubun diqqət mərkəzində olduğunu söyləmişdi.

Əldə edilən məlumata görə, “Qarabağ” istedadlı futbolçusunu buraxmaq barədə düşünmür. Hətta “Qarabağ”ın bu oyunçu ilə bağlı planı var. İddia olunur ki, Mədətov hazırkı klubu ilə yaxın günlərdə uzunüddətli müqavilə imzalayacaq. Müqavilənin müddətinin 3 və ya 4 il ola biləcəyi söylənilir.

Qeyd edək ki, Mədətov “Bakı” Futbol Akademiyasının yetirməsidir. 20 yaşlı hücumçu 2015-ci ildən “Qarabağ”da çıxış edir.

Xəbər 1661 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +