Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.11.2017  09:54 

Hökumət tam tərkibdə istefa verdi





A+  A-

Noyabrın 1-də Yaponiya hökumətinin üzvləri xüsusi iclasda istefa barədə ərizələrini Baş nazir Şinzo Abeyə təqdim ediblər. Onların müraciəti qəbul olunub.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, bu gün parlamentin hər iki palatası yeni Baş naziri seçəcək və o, yeni nazirləri təyin edəcək. Yaponiya qanunlarına əsasən, Baş nazir oktyabrın 22-də keçirilmiş seçkilər nəticəsində parlamentdə yer qazanan partiyaların nümayəndələri tərəfindən səs çoxluğu ilə seçilir.

Qaydaya əsasən partiyalar öz liderlərinin namizədliyini irəli sürürlər. Beləliklə, ölkənin Baş naziri vəzifəsini parlamentdə daha çox yer qazanan partiyanın lideri tutur. Oktyabrın 22-də keçirilmiş seçkilərdə Ş.Abenin rəhbərlik etdiyi Yaponiya Liberal Demokratik Partiyası qalib gələrək 465 deputat yerindən 284-nü qazanıb. Bu, ona Baş nazir vəzifəsində qalmaq imkanı yaradıb.

Ş.Abe avqustda formalaşdırdığı hökumətin son tərkibində dəyişikliklər etməyəcəyini artıq bəyan edib. Beləliklə, Ş.Abenin Yaponiyanın 98-ci Baş naziri seçilməsindən sonra Nazirlər Kabinetinin yeni tərkibi son üç ayda olduğu kimi qalaraq dəyişməyəcək. Bundan sonra hökumətin tərkibinin İmperator tərəfindən təsdiqi mərasimi keçiriləcək.

Noyabrın 1-də axşam saatlarında keçiriləcək mətbuat konfransında isə Ş.Abe növbəti mərhələ üçün kabinetinin daxili və xarici siyasətinin əsas istiqamətlərini bəyan edəcək.

Xəbər 1461 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +