Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.04.2017  14:23 

“Pul qıtlığı yaranıb” - Komitə sədri





A+  A-

“Girov məsələsinin qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır. Bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı adıçəkilən komitənin sədri Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır.
“Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik.

Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq. Bu baxımdan ““Daşınar əmlakın yüklülüyü haqqında” qanunun qəbul edilməsi çox vacibdir. İnsanlarımız bu qanunu çox səbrsizliklə gözləyirlər. Mən demirəm ki, hamı kredit götürsün. Bu da lazım deyil. Amma bu qanun qəbulu insanlarımız üçün çox vacibdir” .

Z.Səmədzadə bildirib ki, birinci oxunuşdan sonra sənədə kifayət qədər reaksiyalar var, böyük əksəriyyət onun vacibliyini vurğulayır və qanun layihəsini dəstəkləyir.
“Qısa müddət ərzində də İşçi Qrupu tərəfindən sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, qanun layihəsi sadələşdirilib, yığcamlaşdırılıb”.

Xəbər 1686 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +