Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


15.08.2017  14:32 

Gürcü polisi azərbaycanlını həbs etdi





A+  A-

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.
XəzərNews.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

Gürcüstan Daxili İşlər Nazirliyi də hadisə haqda məlumat yayıb.Xəbərdə bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib.

Xəbər 2129 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +