Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?


30.11.2020  13:21 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 3 216 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 135 min 584-ə çatıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1267-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 113 min 986 nəfərdir.

Rusiyada isə son bir gündə 26 min 338 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 368 pasiyent ölüb, 17 min 247 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 295 min 654 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 356 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 min 124 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2164-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 1727 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər


BÜTÜN XƏBƏRLƏR +