Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


07.10.2019  08:57 

“Maşın”da ikinci dəfə səsverməyə çıxdı - Nəticə gözlənilməz oldu





A+  A-

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun “Maskarad” adlı 18-ci sürətində avtomobil daha bir iştirakçı üçün əldən gedib.
XəzərNews.az xəbər verir ki, Xalq artisti Fatma Mahmudova şouda ikinci dəfə SMS səsverməsinə çıxıb. O, 72,09% səs toplayaraq yarışmada qalıb. Müğənni Ayan Babakişiyeva F.Mahmudovanın qərarını elan etməsini gözləmədən əlini maşından çəkib. Ayanın gedişindən sonra Xalq artisti özünü pis hiss etdiyini deyərək yarışmadan kimsəni uzaqlaşdırmayıb. Bununla da Fatma Mahmudova şouda ikinci dəfə səs toplayaraq yarışmadan heç kəsi çıxarmayıb.

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.

Xəbər 1726 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +