Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.09.2019  09:58 

“Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...”





A+  A-

Hacı Surxay Məmmədli: ““Qurani Kərim” demir ki, üzünü bağla, gəz - mən də niqabı şəxsən qəbul etmirəm”
İslamda hicab qadınların ən əsas geyim tərzlərindən biri hesab olunur. Ancaq hicab taxaraq, geyimininə fikir verməyənlər də az deyil. Ümumiyyətlə dində hicablı qadınların xüsusi bir geyimi olmalıdır, yoxsa kim necə istəyir geyinməlidir?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a bunları söyləyib:

“Ümumiyyətlə, Allah qadınlar üçün “Qurani Kərim”də geyimlə, xüsusilə də hicabla bağlı bir ayədə buyurub ki, naməhrəm yerlərinizi örtün, üz və əllər istisna olmaqla. İnsan elə geyinməlidir ki, naməhrəmin diqqətini cəlb etməsin. İslam dinində qadınların xüsusi geyimləri barədə standart forma yoxdur. Din demir ki, bu geyimi mütləq geyinməlisən. Sadəcə din və iman əhli geyimlərinə xüsusi fikir verməlidir. Hicab xatirinə geyinməməlidilər. Ancaq elə hicablı qadınlar var ki, geyimlərləri ilə hicab üst-üstə düşmür. O qədər bərbad geyinirlər ki, dindən əsər-əlamət belə qalmır”.

“Mənim şəxsi fikrimdir, niqabı şəxsən qəbul etmirəm”, - deyə Hacı Surxay Məmmədli iradını da bildirib:

“Əslində bu geyim tərzi İslamda da qəbul olunmur və yolverilməzdir. “Qurani Kərim” demir ki, üzünü bağla, gəz. Niqabda da sadəcə gözlər açıq olur. İslamda qeyd olunub ki, üzlər və əlllər açıq olmalıdır. Bu din təmizliyi və paklığı sevir. Ona görə də qadınların geyimləri də pak olmalıdır. Həddindən artıq uzun paltar geyəndə yerlə sürünür, nəticədə də o bütün natəmizlikləri özünə çəkir. Xoşagəlməz hal odur ki, yerdə hər şey olur. Nəticədə də hicablı qadın bu cür geyinəndə bütün nəcasəti, yerdəki mikrobu paltarına ötürmüş olur. Bununla da qılınan namaz icazəli deyil. Bu baxımdan da insan elə geyinməlidir ki, onunla namaz da qıla bilsin”.

Xəbər 2032 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +