Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


07.10.2018  16:29 

Avtomobildən aksiz markası olmayan spirli içkilər tapıldı





A+  A-

Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Bu barədə XəzərNews.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Tovuz Gömrük Postunda “Hyundai Veracrus” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsində sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1 lt şüşə qablarda 70 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 13 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 49 ədəd “Nemiroff original”, 1lt şüşə qablarda 5 ədəd “Nemiroff Delicat” və 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Wheat” adlı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1521 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +