Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


17.01.2018  11:18 

Tənha insanlar üçün nazirlik yaradıldı





A+  A-

İngiltərədə yalnızlıqdan məsul olan nazirlik yaradılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nazirliyin yaradılması təklifi ilk dəfə 2016-cı ildə ifrat sağçı kişi tərəfindən öldürülən İşçi partiyasının millət vəkili Jo Cox tərəfindən irəli sürülmüşdü.

Baş nazir Tereza Mey məsələ ilə bağlı açıqlamasında bildirib ki, Jo Cox ölkədəki tənhalığın hansı səviyyədə olduğunu anlayıb və həyatını bu vəziyyətdən əziyyət çəkənlərə yardım etməyə həsr edib.

Mühafizəkarlar partiyasından millət vəkili olan Tracey Crouch yalnızlıq naziri təyin olunacaq. O, İngiltərədə yalnızlıqdan əziyyət çəkən milyonlarla insana yardım edəcəklərini açıqlayıb.

Statistika isə ölkədə belə bir nazirliyin yaradılmasının əhəmiyyətinə diqqət çəkib. Belə ki, nazirliyin İngiltərədə 9 milyon insana aidiyyatı olacağı vurğulanıb. 2017-ci ildə yayımlanan hesabatda isə tənhalığın gündə 15 ədəd siqaret çəkmək qədər pis nəticələri olduğu açıqlanıb.

Xəbər 1642 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +