İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


17.02.2024  22:58 

İlham Əliyev ilə Sultan Əhməd Əl-Cabirin görüşü olub





A+  A-

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.

Xəzərnews.az xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladı. Qeyd etdi ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə etdi.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırdı.

Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.//Yenisabah

Xəbər 1690 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +