Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


03.02.2021  17:52 

Bu yolu keçmək üçün tullanmalısan





A+  A-

Sosial şəbəkələrdə Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində iri boru ilə kəsişən piyada yolunun fotoları yayılıb.
XəzərNews.az-ın məlumatına görə, şəkillərdən görünür ki, metronun “Bakmil” stansiyasının yaxınlığında yerləşən həmin ərazi piyadaların hərəkəti üçün ayrılıb və qarşıdakı avtomobil yolunun üzərində piyadaların rahat gediş-gəlişi üçün piyada xətti çəkilib. Lakin piyadalar kiçik yaşıllıq sahəni keçmək üçün ya yolu kəsən borunun üzərindən tullanmalı, ya da altından sürünərək keçməlidirlər.

Borunun hansı məqsədlə piyada yolundan çəkilməsi və hansı quruma aid olmasını aydınlaşdırmaq üçün ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə zəng etdik. İcra Hakimiyyətinin Təsərrüfat şöbəsindən məsələdən məlumatsız olduqlarını, həmin boru ilə əlaqədar onlara hər hansı şikayətin daxil olmadığını bildirdilər: “Biz məlumatlı olmadığımız məsələ ilə bağlı nəsə deyə bilmərik. Bunun üçün İcra Hakimiyyətinə yazılı şəkildə müraciət edin, cavablandıraq”.

Qeyd edək ki, piyada yolunu kəsən borunun şəkilləri Arzu Rzasoya məxsusdur.

Xəbər 2918 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +