Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


14.11.2017  10:37 

Həbsxanaları “əbədi ev” SEÇƏNLƏR





A+  A-

Bütün dünyada olduğu kimi, Azərbaycanda da cinayətlərin qarşısının tam alınması mümkün deyil. Bu səbəbdən də hələ də həbsxanalarda ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, zorlama və s. kimi cinayətlərilə ittiham olunaraq həbs həyatı sürənlər var.
Hətta bəziləri bu cinayətlərə o qədər adətkar olublar ki, dəmir barmaqlıqlar arasındakı həyat üçün darıxdıqlarından bilərəkdən məhbəsin daimi “sakinlər”inə çevrilirlər. Əslində azad olunmuş məhkumların reabilitasiyası, onların cəmiyyətə yenidən qazandırılması da illərdir problem olaraq qalır.

Əgər qəsdən ya bilməyərək, təsadüfən hansısa cinayət törədibsənsə, ömrün boyu onun hesabını vermiş olacaqsan. Ailə quranda, iş axtaranda, lap elə küçə ilə yeriyəndə də...
Bəlkə də bu səbəbdəndir ki, insanlar təkrar cinayətlər törətməyə meyllənir... Nədir insanları təkrar cinayətlərə sövq edən: tamah, adətkarlıq yoxsa...?

XəzərNews.az-ın məlumatına görə, Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin təkrar cinayət törətməsi bütün cinayətlərin 4-5 faizini təşkil edir:

“Müddəti başa çatmış, vaxtından əvvəl şərti azadlığa buraxılmış, yaxud əfv və amnistiya nəticəsində azadlığa çıxmış şəxslərin yenidən cinayət törətməsi və həbsxanaya qayıtması faizi elə də yüksək deyil. Vaxtından əvvəl şərti azad etmə institutu tətbiq edilən şəxslərin 4-5 faizində yenidən cinayət etmə halları qeydə alınır.

Daha çox elə şəxslər təkrar cinayət törədir ki, onlar bunu adətə, peşəyə çeviriblər, onlar üçün azadlıqda yaşamaq çətindir. Bəzi şəxslər həbsxanaya ona görə qayıdır ki, işləri, evləri, yaşamaq üçün şəraitləri yoxdur. Onlar azadlıqdakına nisbətdə sanki həbsxanada daha komfortlu həyat sürürlər. Belə şəxslər kiçik cinayətlər törətməklə yenidən “ev”lərinə qayıtmağı bacarırlar. Bu sahədə lazımlı mexanizmlər işlənib hazırlansa, azadlığa çıxmış şəxslərin məşğulluq və yaşamaq kimi problemləri həll olunsa, bu faiz bəlkə də daha az olar”.

Müsahibimiz qeyd edib ki, təkrar cinayətlərə görə cins bölgüsündə kişilər qadınlara nisbətən üstünlüyə malikdirlər:

“Qadınların sayı çox azdır. Azad edilmiş qadınların sayına baxsaq, geri qayıdanlar heç bir faiz təşkil etmir. Həm də Azərbaycanda qadınların azadlıqdan məhrum edilməsi cəzası ağır, az ağır və xüsusi ağır cinayətlər törədildiyi halda tətbiq edilir. Onlar azadlığa buraxıldıqdan sonra təsadüfi hallarda geri qayıdır. Geri qayıdanlar daha çox peşəkar oğru qadınlar, insan alverilə məşğul olanlardır.

Hazırda 470 nəfərdən çox qadın azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar daha çox narkotik istifadəsi, məişət zorakılığına cavab verilməsi zəminində cinayətkara çeviliblər. Qadınlar bəzi hallarda ərlərinin onlara qarşı zor tətbiq etməsinə dözmür və cinayətə əl atırlar. İstənilən halda, həbsxanaya qayıdan qadınların sayı çox azdır. Azərbaycanda həbsxana həyatı yaşamış qadınların yenidən ailəyə, cəmiyyətə, ictimaiyyətə qayıtması çox ağır və ağrılı prosesdir. Amma bütün bunlara baxmayaraq, qadınların təkrar cinayətə əl atması az hallarda baş verir”.

Xəbər 1726 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +