Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


04.01.2025  01:09 

Şərqin əbədi incisi Diyarbəkir -Fotolar





A+  A-

Türkiyə turizminin önəmli yerlərindən biri olan Diyarbəkir bir tarix şəhəridir. Bu şəhər daş kitabələri xatırladan və turistlərin heyranlıqla izlədiyi abidələrlə doludur.

Şәhәr tarix boyu Asiya qitəsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub. İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub.

Diyәrbәkir qalası vә Hevsel bağları şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir. Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır.

İlk qala divarının inşasının şәhәrin Hitit və Xurrilərin hakimiyyətində olduğu dövrdə başladığı güman edilir. İndiki qala divarlarının ilk nümunәlәri E.Ә. 2000-ci illәrdә inşa edilmәyә başlayıb.

Diyarbəkir qala divarları Çin səddindən sonra müasir dövrümüzdə salamat qalan ən uzun, müdafiə üçün inşa edilәn tikilidir.

Diyarbәkir şәhәri Emevilәr, Sәlçıqlular, vә Osmanlı dövründә bir-birindәn gözәl tarixi әsәrlәrlә bәzәdilib. Sadәcә dini mәkanlar deyil, ticari vә sosyal mәkanlar da şәhәri bәzәyib.

Diyarbәkir qala divarlarından Diclә çayına doğru qәrb istiqamәtdә Hevsәl bağçaları yerlәşir.. Hevsәl bağçaları altından keçәn Diclә çayı ilә möhtәşәm mәnzәrәyә malikdir.
Bu torpaqlar şәhәr әhalisinin meyvә vә tәrәvәz ehtiyacını qarşılayır.

Çox mәşhur Diyarbәkir qarpızları da mәhz bu bağlarda yetişir. Hevsel bölgәsi 180 quş növünә vә saysız vəhşi heyvanın məskənidir. Hevsel bağçaları haqqında yazılan çox sayda türkü vә əfsanә var.

Əsrlər boyunca ərəblər, kürdlər, aramilər, türklər, yəhudilər və zazaların məskunlaşdığı qədim Diyarbəkirin mətbəxi də məhz bu xalqların mədəniyyətlərinin məcmusudur. Mətbəxin əsas ləvazimatları quzu əti, müxtəlif ədviyyatlar, düyü, kərə yağı və yarmadır.

Bu səbəbdən Diyarbəkir mətbəxi nisbətən ağır yeməklərdən ibarətdir. Bundan başqa Diyarbəkir lahmacunu, kadayıfı və pendiri ilə də məşhurdur. Ən məşhur yeməkləri qabırğa dolması, içli küftə, çiy küftə, yarma aşı, keşkək və ciyər kababıdır.

Diyarbəkirə il ərzində bir milyondan artıq turist gəlir. Şəhərin özünəməxsus təbiəti var.

Havanın quru olması şəhərə gələn turist sayına təsir edir. İlboyu iqlim imkan verir ki, buraya turist gəlsin.








Xəbər 3950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +