Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


09.09.2020  13:21 

Əfqanıstan vitse-prezidentinə qarşı sui-qəsd hücumu - 10 ölü





A+  A-

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində ölkənin vitse-prezidenti Əmrullah Salehi müşayiət edən avtomobil korteji bomba hücumuna məruz qalıb.
XəzərNews.az Əfqanıstanın “TOLO News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, çox sayda adam yaralanıb. Vitse-prezidentin xəsarət almadığı bildirilib.

“Bu gün Əfqanıstanın düşmənləri bir daha Salehə zərər verməyə çalışdılar, lakin qarmaqarışıq planlarını reallaşdıra bilmədilər. Salehə zərər dəymədi”, - deyə vitse-prezidentin sözçüsü Razvan Murad söyləyib.

Məlumata görə, sui-qəsd cəhdi Əmrullah Salehin Pakistan ilə Əfqanıstan-Pakistan sərhədində “Dürand Xətti” adlanan mübahisəli ərazi ilə bağlı müzakirələrə qayıtmaq cəhdindən bir neçə gün sonra həyata keçirilib.

Xəbər 1794 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +